HƏYATI
1948-ci il sentyabr ayının 10-da Qarabağda, Cəbrayıl bölgəsinin Dağtumas kəndində anadan olub.
1967-ci ildə Bakıpolitexnikumunun hidromeliorasiya şöbəsini, 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika bölümünü, 1976-cı ildə Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsini bitirib.
1971-1972-ci illərdə “Neftkimavtomat” ETLI-da elmi işci,1972-1973-cü illərdə müəllim,1973-1978-ci illərdə məktəb direktoru,1976-1980-cı illərdə Cəbrayıl rayon partiya komitəsinin təşkilat şöbəsində təlimatçı, 1980-1989-cu illərdə Cəbrayıl rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1989-92-ci illərdə Cəbrayıl rayon İK-nin katibi, 1992-1993-cü illərdə “Günbəz” tikinti-təmir kooperativinin sədri işləyib. Erməni-daşnaq faşistləri tərəfindən 23 avqust 1993-cü ildə Cəbrayıl şəhəri işğal olunarkən ev-eşiyindən didərgin salınıb.
Gəncə şəhərinə pənah aparıb.
1993-1999-cu illərdə Azərbaycan Aqrar Ekologiya İnstitutunda prorektor, baş müəllim, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında böyük mühəndis, Gəncə Gil-Torpaq İB-də iqtisadçı-mühəndis vəzifələrində çalışıb, 1994-2005-ci illərdə ictimai əsaslarla "Ekologiya nəşriyyatının direktoru işləmişdir.
2000-ci ildən QHT-də çalışır. Azərbaycan Qaçqın Yazarlar İctimai Birliyinin vitse-prezidentidir.
Qarabağ muharibəsi veteranıdır. Məcburi köckün kimi Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi ev 4, mənzil 24-də məskunlaşmışdır.
1993-cü ildən AYB-nin üzvüdür. Bir sıra roman, povest, hekayə və publisistik yazıları ilə 1980-ci illərdən respublika mətbuatında çıxış edir. 14 kitab müəllifidir. 2007-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində ("Ufuk Ötesi Yayınları") türk dilində “Kemik dökülen Dere” adlı kitabı işığ üzü görüb.
Ailəlidir, 3 övladı, 1 nəvəsi var. |